Jul 04

“Bakcell”dən 099 prefiksi ilə “xüsusi” və “eksklüziv” nömrələr

Bakcell“099” prefiksi ilə başlayan “xüsusi” və “eksklüziv” nömrələri istifadəyə verib. Məhdud sayda buraxılan bu nömrələr abunəçilərə “Klass 25” və “Klass 50” tarifləri ilə təklif olunur. İstifadəçilərini özəlliyi ilə fərqləndirəcək və yeni hədəflərə doğru addımlamağa kömək edəcək099 prefiksli yeni nömrələr bu gündən etibarən satışdadır. Müştərilərarzuladıqları nömrəni nomre.bakcell.com səhifəsi vasitəsilə rezervasiya edə və ya “Bakcell”in istənilən müştəri xidməti mərkəzi və diler mağazasından ala bilərlər.

Qeyd edək ki, Bakcell yeni “099” mobil prefiksini ötən ilin əvvəlində təqdim edib. Yeni prefiks abunəçilərə xüsusi və fərdi nömrələr əldə etmək üçün daha geniş imkanlar verir.

“Abunəçilərimiz yeni 099 prefiksimizə böyük maraq göstərib. Buna görə də biz onlarafərqlənmək və ən üstün müştəri təcrübəsindən yararlanmaq üçün 099 prefiksli eksklüziv nömrə almaq imkanı yaratmışıq. Bu nömrələri beynəlxalq səviyyədə 3 il ardıcıl olaraq “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adını qazanmış Bakcell şəbəkəsində istifadə etmək isə əlavə üstünlüklər qazandırır”,deyə “Bakcell”in baş icraçı direktoru Rainer Ratgeber bildirib.

Daha ətraflı məlumat üçün https://www.bakcell.com/az/099-prefix-exclusive-special səhifəsinə daxil olun.

Bakcell xidmət və şəbəkə keyfiyyətini müntəzəm qaydada təkmilləşdirməklə abunəçilərini ən üstün müştəri təcrübəsi ilə təmin etməyə davam edəcək.

Bənzər xəbərlər

Gündəm

0.072213888168335