Jun 28

Qubada yol polisi maşını duracağa apardı, avtomobildən 3500 pul yoxa çıxdı-VİDEO

Son vaxtlar ölkənin müxtəlif yollarında Dövlət Yol Polisinin reydlər keçirməsinin şahidi oluruq.

Yollarımızda intizamsızlığın yüksək olduğu indiki şəraitdə belə tədbirlər çox faydalıdır. Düşünsək ki, yol hərəkəti təhlükəsizliyinə səmərəli nəzarət yollarda lazımi intizama nail olunmasının əsas vasitələrindən biridir, onda DYP-nin belə işlərini yalnız müsbət dəyərləndirərək, onlara daha qətiyyətli olmağı arzu edə bilərik. Amma ....


Cənab yol polisləri, əziz qardaşlar, bir mox hallarda yol verdiyiniz xeyli sayda kobud qanun pozuntuları aydınca görünür. Qanunsuzluqlar bunlardır:

1. Sərxoşluğu şübhə doğuran sürücünü xüsusi texniki vasitə ilə müayinə edirsiniz, amma yanınızda hal şahidləri yoxdur. Axı qanun belə demir. Sizin hal şahidləri olmadan apardığınız müayinənin nəticələri etibarsızdır və istənilən vətəndaş bunu mübahisələndirdikdə qəbul etdiyiniz qərar sözsüz, ləğv ediləcək.

2. Yenə də sürücünü müayinə edirsiniz, amma heç bir sənəd yoxdur. Qanun isə deyir ki, sərxoşluğu şübhə doğuran sürücünün nəqliyyat vasitəsinin idarə edilməsindən kənarlaşdırılması və sərxoşluğun müayinə edilməsi, yaxud sərxoşluğun müayinəsi üçün göndərilməsi haqqında protokol tərtib edilməlidir. Həmin protokol hər bir halda müayinədən əvvəl tərtib edilməlidir, daha sonra hal şahidlərinin iştirakı ilə sürücü müayinə edilməlidir, yaxud müayinə üçün tibb müəssisəsinə göndərilməlidir.

3. Süjetdəki sürücülərdən biri deyir ki, sənədlərimi başqa yerdə unutmuşam. DYP əməkdaşı isə dərhal göstəriş verir ki, onun maşınını cərimə meydançasına aparsınlar. Bəs onda qanunun nəzərdə tutduğu saxlanılmanın səbəbinin aydınlaşdırılması üçün 3 saatlıq müddət nə üçündür? Həmin adam ağ yalan danışsa da, siz həmin 3 saata riayət etməlisiniz. Özü də bu çöllükdə yox, sizin xidmət etdiyiniz postda baş verir. Həmin vətəndaşın avtomobilini yolun kənarına çəkib sənədlərini gətirməsini, yaxud avtomobilin həqiqi sahibinin gəlməsini gözləmək nə problemdir?

4. Müşahidə etdiyim ən aşkar qanun pozuntusu isə hərəkətdən kənarlaşdırılaraq mühafizə olunan duracağa qoyulan avtomobillərin DYP əməkdaşları tərəfindən sürülüb aparılmasıdır. Görəsən, həmin DYP əməkdaşlarına bu avtomobillərin sahibləri onların avtomobillərini sürməyə icazə verdilərmi? Süjetdə heç bir icazə görünmür. Amma qanun deyir ki, DYP əməkdaşı həmin avtomobili yalnız sahibi razı olduqda sürüb apara bilər. Əks təqdirdə, avtomobil evakuatora yüklənərək aparılmalıdır.

 

Qubadan müraciət edən 2-cü Nügədi kənd sakini Emil Bayramov deyir ki, 90-YP-779 , BMV markalı yol polisinin ekipajından şikayətçidir:

Hormetli  redaksiya,  Mən Quba rayonu 2-cü Nügədi kənd sakini Emil Bayramov  Quba rayonunda, trasda xidmət keçən   90-YP 779 dövlət nömrə nişanlı, BMV markalı avtomobilin ekipajından narazıyam.

26.06.2021- ci il tarixdə, saat təxminən 19:20 radələrində mənim idarə etdiyim, 99-RA-098 dövlət nömrə nişanlı, Niva markalı avtomobilim  Elnur adlı baş yolda xidmət çəkən polis saxladı. Mənə yaxınlaşıb özünü təqdim etmədən sənədləri soruşdu. Mən ona sənədlərin evdə qaldığını dedim. O mənə avtomobilimdə guya konsrtruksiya dəyişikliyi olduğunu dedi. Öz xidməti maşınını kənara çəkib nəzarətsiz saxladı. Heç bir protokola, akta qol çəkmədən mənim avtomobilimin sükanı arxasına keçdi. Məni orda qoyub getdi. Mən axı sərxoş deyiləm ki, avtomobilimi duracağa aparsınlar. Həm də maşında 3500 pul və brend saatım vardı.

Mən nə etçidim ki, mənimlə cinayətkar kimi davranıldı. Həm də əmlakım itdi.

Daxili İşlər Nazirliyindən bu məsələ ilə bağlı kömək gözləyirəm.”

 

 

 

Bənzər xəbərlər

Gündəm

0.083863019943237