Azərbaycan əhalisinin 64%-i “dinsiz”dir
Beynəlxalq PEW araşdırmalar mərkəzinin "Ən dindar olmayan ölkələr" kateqoriyası üzrə növbəti hesabatına görə (Gallup-un sorğusuna istinadən) Azərbaycan əhalisinin 64%-i "dinsiz"dir.
Modern.az-ın məlumatına görə, məsələyə münasibət bildirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədr müavini Elçin Əsgərov bəzi KİV-lərin bu faktı Azərbaycan əhalisinin çoxunun ateist olması kimi təqdim edəcəyini nəzərə alaraq, qabaqcadan izahat verib
“Birincisi, sorğudakı "dinsiz" ilə ateist tamamilə fərqli anlayışlardır. PEW mərkəzinin, bir çox Qərb araşdırma mərkəzlərində olduğu kimi "dindarlığı" ölçmə prinsipi xristianlığın institusional qaydaları ilə həyata keçirilir. Yəni gündəlik dini ayinlərin icrası ilə. Əgər adam gündəlik dini ritualları həyata keçirirsə dindar, keçirmirsə "qeyri dindar" və ya dinsiz adlanır. Amma bu, "ateist" demək deyil. Əvvəlki illərdə isə bizim mətbuat bu sorğuları məhz belə təqdim etməyə çalışıb”.
Elçin Əsgərovun sözlərinə görə, PEW mərkəzinin hesabatından belə nəticə çıxır ki, Azərbaycanda əhalinin 36%-i gündəlik dini ibadətlərini mütəmadi yerinə yetirir.
“Bu isə kifayət qədər böyük rəqəmdir”,- deyə o bildirib.