Jun 03

Cəlilabadda İLGİNC OLAY - Nazirliyin əlilə verdiyi qoyunları oğurladılar

Vətəndaş Adıgözəlov Pərvin İbadət oğlu bildirib ki, heyvanlar ona ötən il özünəməşğulluq proqramı çərçivəsində verilib.

Cəlilabad rayon Maşlıq kənd sakini, ikinci qrup əlil Adıgözəlov Pərvin İbadət oğlu Moderator.az-ın redaksiyasına şikayət edərək iyunun 1-də gecə saatlarında yaşadığı evin tövləsindən beş baş qoyununun oğurlandığını bildirib.

Pərvin Adıgözəlov deyib ki, o, səhər açılanda heyvanların tövləsinin qapısının açıq olduğunu görüb. Bundan sonra o dərhal axtarışa başlayıb və məlum olub ki, heyvanların beş başı oğurlanıb. Bundan sonra o, dərhal Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə şikayət edib.

Məsələylə bağlı artıq Cəlilabad rayon Polis Şöbəsinin Göytəpə qəsəbə bölməsi araşdırmaya başlayıb. Pərvin Adıgözəlov bildirib ki, ona ötən il özünəməşğulluq proqramı çərçivəsində 21 baş qoyun verilib. O, təsərrüfatını genişləndirmək istəsə də, heyvanlarının beş başı oğurlanıb.

Pərvin Adıgözəlov heyvanlarını oğurlayan şəxslərin tapılması üçün daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazova şikayət edib.

Bənzər xəbərlər

Gündəm

0.041949033737183