Göytəpə postunun komandiri Rəşadın sözlərinin qurbanı olacaq
Qaydalara görə, yol polisi bir avtomobilə avtoxuliqan kimi “saxla” əmri verirsə əlində görüntü, fotofakt olmalıdır. Avtomobil cərimə meydançasına aparıldıqdan sonra, yol polisi sürücü ilə birlikdə məhkəməyə yollanmalıdırlar. O zaman görüntülər məhkəməyə təqdim edilməlidir ki, baş vermiş hadisəyə uyğun olaraq, müvafiq qaydalara əsasən, cərimə tədbirləri tətbiq edilsin. Lakin yol polisi isə tam əksinə edir. “Avtoş”luq adı ilə tutduqları sürücüləri buraxıb, maşını cərimə meydançasında saxlayırlar. Heç bir sənədləşmə aparmadan pul aldıqdan sonra buraxırlar.
Bununla yanaşı, son zamanlar sərxoş sürücülər üçün bir çox reydlər keçirilir. Həmin reydlərdə sərxoş halda saxlanılan sürücülərə qanuni protokol tərtib edilmir. Yəni eyni oyundan sərxoş sürücülərin də başına gətirilir. Sürücülük vəsiqəsi və avtomobilə aid olan bütün sənədlər sürücünün əlindən alınır və şöbəyə yaxınlaşması bildirilir. Qanunda göstərilir ki, sərxoş sürücü saxlanılan zaman tibbi müayinədən keçirilməli və qanuna uyğun olaraq məhkəmə qarşısına çıxarılmalı, nəzərdə tutulan cəza və cərimə tətbiq olunmalıdır. Heç bir sərxoşluğu olmayanlar da cərimə oluna bilir. Səbəbi bəllidir..
Yol Polisində olan korrupsiyanın səviyyəsini burada xidmət keçən zabitlərin dəbdəbəli villalarını, maşınlarını ,əmlaklarını sadalamaqla görmək olar.
Ötən il Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayına yeni komandir təyin olundu. Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə polkovnik-leytenant Fuad Mayılov bu vəzifəyə təyinat alıb.
Qeyd edək ki, Fuad Mayılov Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının Ekoloji Nəzarət bölüyünün komandiri olmuşdu.
Düşünmək olardı ki, Balakişi Əhmədovdan sonra Fuad Mayılov yollarda rüşvəti yığışdırar. Amma elə olmadı.
Mozalan.az-a Masallıdan veril xəbərdə deyilir ki, Göytəpə postunun komandiri Qurban və onun Rəşad adlı işçisi əhalini təngə gətirib.
Verilən məlumata görə 19 mart, 2021-ci ildə Masallı sakini Əbilov Sakit Əlisa oğlunu heç bir səbəb olmadan saxlayan Rəşad şirinlik istəyib.
İnspektor bildirib ki,bayram qabağıdı, əlin cibində olsun. Sürücü etiraz edib ki, axı heç bir qaydanı pozmayıb. Nə üçün pul verməlidir? Bundan sonra Rəşad ona deyib ki, içkilisən. Üstəlik vətəndaşa kobudluq edib. Sonra post -patrul xidməti çağırıb.Ağsaqqalın qolunu burub xəstəxanaya aparıblar. Orda məlum olub ki, o spirtli içki qəbul etməyib.
Rəşad deyib ki,300 manat ver , sənə görə vaxt itirdim. Polisdə 5 saat qaldıqdan sonra vətəndaş məcbur 100 manat verib. Amma deyib ki, Fuad Mayılova şikayət edəcəm. Rəşad qayıdıb ki,bu pulu yığıb verirəm komandir Qurbana, o da elə göndərir Mayılova.
Bax Fuad Mayılovun kadrları belədir. Doğrudanmı o Göytəpə postuna belə bir göstəriş verib ki, vətəndaşları soyun.
Deyəsən Göytəpə postunun komandiri Rəşadın sözlərinin qurbanı olacaq.Heyif, təyin olunduğu cəmi iki-üç ay idi..