Nizami rayon DYPŞ-da “prava” alveri
Ölkədə güc strukturları ara-sıra müxtəlif əməliyyatlar keçirsə də, bu qurumun bir çox iri ranqlı məmurların qarşısında çox aciz qalmasına da şahidlik edirik. Məsələn, bu bir faktdır ki, nə gömrük orqanlarındakı və nə də dövlət yol polisindəki açıq bazara heç kim, heç bir bir formada müdaxilə etmək imkanında və ixtiyarında deyil.
Təbii ki, cəzasızlıq mühitində cinayətkarlıq daha da çiçəklənir…
Mozalan.az-a daxil olan vətəndaş şikayətində də həmin cəzasızlığın yaratdığı mənzərədən giley-güzar olunur. Bakı sakinlərindən birinin bildirdiyinə görə, artıq 3 aydır ki, şəxsi avtomobili olsa da, hələ də rəsmən sürücülük hüququ əldə edə bilməyib. Buna səbəbsə, el arasında «prava» kimi tanınan, sürücülük hüququnu təsdiqləyən sənədin «qiymətinin» baha olmasıdır.
Xatırladaq ki, hələ keçən il azərbaycanda «prava»ların rəsmən satışa çıxarılması və hətta vətəndaşlardan birinin 2 min manata «prava» alması barədə məlumat yazmışdıq və həmin ərəfədə bu məsələyə rəsmi qurumlardan olduqca sərt reaksiyalar gəldi və bildirildi ki, guya Azərbaycanda sürücülük hüququ satışa çıxarılmayıb. Amma bunun belə olmadığını elə DYP-nin istənilən bir idarəsinə baş çəkməklə görmək mümkündür.
Bildirək ki, redaksiyamıza şikayət edən vətəndaş adının çəkilməsini istəmir və bunun da izahatını aşağıdakı formada verir: «Hər halda, mən nəhayətdə pulla da olsa, «prava» almalıyam. Adımı çəkərsiniz, adım mətbuatda gedər, sonradan mənimlə ümumiyyətlə, düşmən olarlar. »
Sürücülük vəsiqəsini tək verməkdən qazanc gəlmir. Onu saxlamaq da var axı.
Bax elə götürək Nizami rayon DYPŞ-nin rəisi Firdovsi Yusifovu. Nə vaxt şıbəyə girirsən baxırsan ki, 3 saylı kobinetin qarşısında izdiham yaşanır. Cəriməsi olan, cəriməyə görə bal yazılan vətəndaşlar kabinetdə olan Hüseyn adlı zabitə dil tökürlər. O da onlara rəisin qoyduğu “qiymət cədvəlini” göstərir.
Ya əlin cibində olmalıdır. Ya da vəsiqən gedir “lişenyaya”.
Day bu Firdovsi müəllimə dayı deyən kim, qurban olan kim, yalvaran kim. Yol qanununu pozursan poz, amma cərimə ilə bu iş bitməz. Bal söhbəti ciddi söhbətdir.
Vəsiqəni almaq bir zülüm. Saxlamaq iki. Arada YOL polisləri rəisləri yaxşıca qazanır.
Nizami rayon DYPŞ-nin rəisinın haqqında əlavə məlumatlar da var ki, gələn saylarımızda dərc edəcəyik.