Dec 11

"Trampa Avropa İttifaqının tarixini izah etməyə çalışdım" - Merts

Almaniya kansleri Fridrix Merts ABŞ-ın Avropa İttifaqının mahiyyətini səhv anladığını bildirib.

Mozalan.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte ilə birgə mətbuat konfransında Almaniya kansleri deyib.

O qeyd edib ki, ABŞ hökuməti hələ də Aİ-ni dövlətlər birliyi kimi qəbul etməkdə çətinlik çəkir,

"Vaşinqtonda qeyd etdim ki, Avropa İttifaqının bir qurum kimi açıq şəkildə səhv təsvir olunur.  İyun ayında səfərim zamanı Prezident Trampa Avropa İttifaqının tarixini və onun yaranmasını izah etməyə çalışdım", Merts bildirib.

Almaniya kansleri əlavə edib ki, əgər ABŞ Aİ qurumları ilə əlaqə qurmaqda çətinlik çəkirsə, Vaşinqton Almaniya da daxil olmaqla, ayrı-ayrı üzv dövlətlərlə birbaşa danışmalıdır. O, Berlinin ənənəvi olaraq ABŞ ilə yaxşı münasibətlərə malik olduğunu vurğulayıb və digər avropalılar adından Amerika hökuməti ilə birgə həll tələb edən məsələləri müzakirə etməyə hazır olduğunu bildirib.

Elvin

Mozalan.az

Bənzər xəbərlər

Gündəm

0.021387100219727