Avropa İttifaqının ləğvini təklif etdi
Tanınmış sahibkar İlon Mask Avropa İttifaqının ləğv edilməsinin zəruri olduğunu bildirib.
“Mozalan.az ” xəbər verir ki, amerikalı milyarder bu barədə “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.
“Avropa İttifaqı aradan qaldırılmalıdır və suverenlik fərdi ölkələrə qaytarılmalıdır ki, hökumətlər öz xalqlarını daha yaxşı təmsil edə bilsinlər”, – deyə Mask yazıb.
O, həmçinin bürokratiyanın Avropanı “yavaş-yavaş boğduğunu” qeyd edib. Eləcə də iş adamı ABŞ-nin Avropa İttifaqını məhz nədən qoruduğunu da sorğu-sual edib.(qafqazinfo)



















































