Bill Geytsin qızı 306 milyon qazandı
Amerikalı milyarder Bill Geytsin qızı Fibi Geytsin təsis etdiyi “Phia” startapı investorlardan 30 milyon dollar sərmayə cəlb etməyə nail olub.
“Mozalan.az ” xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb.
Bildirilib ki, startap süni intellekt (Sİ) texnologiyasının köməyi ilə onlayn ticarəti həyata keçirmək üçün nəzərdə tutulub.
Nəşr yeni qiymətləndirmə mərhələsindən sonra Fibinin şirkətinin bazar dəyərinin artıq 180 milyon dollar (306 milyon AZN) təşkil etdiyini yazıb. Belə ki, layihənin investorları və tərəfdarları sırasında işgüzar xanım Heyli Biber, “Meta”nın sabiq direktoru Şeril Sandberq və “Spanx”ın təsisçisi Sara Bleykli də yer alıblar.
Qeyd edək ki, Bill Geyts qızının startapına birbaşa sərmayə qoymayıb.(qafqazinfo)



















































