Dec 05

Ukrayna strateji dövlət qurumlarının yerləşdiyi binanı vurdu

Dekabrın 5-də səhər saatlarında Ukraynaya məxsus PUA Çeçenistanın paytaxtı Qroznı şəhərində “Qroznı Sity” göydələninə hücum edib. Zərbə güclü partlayışa səbəb olub. 

Mozalan.az xəbər verir ki, NYISO və “Redovka” Telegram kanalı məlumat yayıb. 

Məlumata görə, hücum nəticəsində binanın bir neçə mərtəbəsinin fasadı tamamilə sıradan çıxarıb. 

Çeçenistan hakimiyyəti insidentlə bağlı rəsmi açıqlama verməyib.

Hücum edilən binada Çeçenistan Təhlükəsizlik Şurası, Turizm Nazirliyi, Hesablama Palatası, vilayət seçki komissiyası, regional dini və ictimai təşkilatlarla əlaqələr idarəsi, Ədliyyə Nazirliyinin regional idarəsi, “Vahid Rusiya” partiyasının qəbul şöbəsi və “Çeçennefteximprom” zavodu yerləşir. 

Ukraynaya məxsus “Exilnova+” Telegramının verdiyi xəbərə görə, bina Çeçenistanda Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) Baş İdarəsinin yanında yerləşir və bu, hücumun ilkin hədəfi ola bilər. 

Bundan əvvəl, PUA hücumu təhlükəsi fonunda “Rosaviasiya” Qroznı, Vladiqafqaz və Maqas hava limanlarında təyyarələrin eniş və enişinə müvəqqəti məhdudiyyətlər elan edib. “Mineralnıe Vodı” hava limanı da uçuşları müvəqqəti olaraq dayandırıb.

Yerli medianın verdiyi xəbərə görə, son günlərdə Ukrayna PUA-larının Çeçenistana hücumu aktivləşib. Dekabrın 2-də Ukrayna PUA-sının Çeçenistanın Açxoy-Martan rayonundakı FSB-nin qərargahına hücum nəticəsində binaya ciddi ziyan dəyib. Noyabrın 27-də Baysanqurovski rayonundakı hərbi birləşməyə zərbə endirib. Hədəf Rusiya Milli Qvardiyasının Axmat-Sever alayının hərbi hissəsi olub. Rusiya ordusunun 291-ci qvardiya motoatıcı alayının yerləşdiyi Şatoi rayonundakı obyektə də zərbə endirilib. 

Mürtəza

Bənzər xəbərlər

Gündəm

0.020843029022217