Dec 05

İstanbulda çox sayda futbolçu və klub rəhbəri saxlanılıb

İstanbulda prokurorluq orqanları tərəfindən mərc oyunları ilə bağlı aparılan istintaq çərçivəsində əməliyyat həyata keçirilib və xeyli sayda saxlanılan var.

Mozalan.az xəbər verir ki, saxlanılanlar arasında çoxlu sayda futbolçu və bir neçə klub rəhbəri də var. Hələlik həmin şəxslərin adları tam açıqlanmayıb.

İstintaq zamanı bəzi idman şərhçilərinin də saxlanıldığı bildirilib.

Daha əvvəl hakimlərlə yanaşı, Superliqa və I Liqadan ümumilikdə 102 futbolçu mərc oyunlarında iştiraka görə diskvalifikasiya edilib.

Cəzalandırılanlar arasında “Galatasaray” və “Trabzonspor”un futbolçuları da var. İstanbul klubundan Metehan Baltacı 9 ay, Eren Elmalı isə 45 gün futboldan uzaqlaşdırılıb. “Trabzonspor”dan isə Boran Başqan 3 ay, Salih Malkoçoğlu 45 günlük cəza alıb.

Həta bir zamanlar Azərbaycan millisinin sabiq futbolçusu, “Neftçi” və “Səbail”in formasını geyinmiş Mert Çelik də 45 günlük diskvalifikasiya (Peşəkar şərtləri və ya qaydaları pozduğuna görə ixtisasından, hansısa vəzifəni tutmaq, onu icra etmək hüququndan, idman yarışlarında iştirakdan məhrum edilmə) edilib.

Mürtəza

Bənzər xəbərlər

Gündəm

0.024286985397339