Dec 03

NATO Ukrayna münaqişəsinin tezliklə bitəcəyinə inanmır

Bundesverin (Almaniya ordusu) general-mayoru, NATO-nun Ukraynaya təhlükəsizlik və təlim üzrə dəstək missiyasının (NSATU) komandan müavini Mayk Keller hesab edir ki, Ukraynadakı münaqişənin yaxın vaxtlarda başa çatacağı gözlənilmir.

Mozalan.az xəbər verir ki, o, bu fikri Die Welt qəzetinə müsahibəsində bildirib.

“Hazırda müharibənin sonu görünmür”, – deyə Keller vurğulayıb. Onun sözlərinə görə, bu şəraitdə Qərbin əsas vəzifələrindən biri Ukraynaya “davamlı silah və maliyyə axınını” təmin etməkdir.

Vaşinqton bundan əvvəl Ukrayna üzrə 28 bəndlik nizamlanma planı təklif etmişdi. Sənəd Kiyevin və Avropadakı tərəfdaşlarının narazılığına səbəb olmuş, onlar planın bir sıra müddəalarını dəyişdirməyə çalışmışdılar. 23 noyabrda ABŞ və Ukrayna Cenevrədə məsləhətləşmələr aparıblar. Daha sonra ABŞ prezidenti Donald Tramp bildirmişdi ki, plan Moskva və Kiyevin mövqeləri nəzərə alınaraq yenidən işlənib və yalnız bir neçə mübahisəli məsələ qalıb. O həmçinin qeyd etmişdi ki, bəndlərin sayı 22-yə endirilib.

Bu ilin noyabrın 30-da Floridada ABŞ və Ukrayna nümayəndələri arasında keçirilən növbəti məsləhətləşmələrdə münaqişənin dayandırılması yolları, iqtisadiyyat və təhlükəsizlik sahələrində uzunmüddətli həll variantları, Ukraynada seçkilərin keçirilməsi perspektivləri və ərazi məsələsi müzakirə edilib. Görüşün yekununda ABŞ-ın dövlət katibi Marko Rubio danışıqları konstruktiv adlandıraraq bildirib ki, görüləsi iş hələ çoxdur. O əlavə edib ki, ABŞ sülh prosesinə optimist yanaşır, lakin ümumilikdə realist mövqe saxlayır.(musavat.com)

Bənzər xəbərlər

Gündəm

0.020851135253906