Getdiyi tətildə ölən turistin ürəyi oğurlandı - FOTO
Britaniyalı cütlük İvon və Maykl Qreylinin Cənubi Kiprdə tətili kabusla başa çatıb.
Mozalan.az xarici KİV-ə istinadla xəbər verir ki, tətil zamanı 76 yaşlı Maykll Qreylinin ayağında qıcolma tutub.
Tətilinin son günlərində ayağında qıcolma keçirdikdən sonra o, Paralimnidəki xəstəxanaya yerləşdirilib.
Turist xəstəxanaya aparıldıqdan 10 dəqiqə sonra həyat yoldaşına Mikaelin öldüyü bildirilib. Həkimlər ölən şəxsi dərhal yarmağa aparıblar.
Cəsədin İngiltərəyə təhvil verilməsindən sonra səlahiyyətli şəxslər turistin “ölüm kağızı”na baxarkən hər hansı ölüm səbəbi qeyd olunmadığını görüblər.
Roçdeyldəki məhkəmə ekspertləri işi şübhəli hesab etdikləri üçün meyitin ikinci dəfə yarılması qərara alınıb. Yarılma zamanı meyitin ürəyinin yerində olmadığı üzə çıxıb.
"Sun" qəzetinin məlumatına görə, Cənubi Kipr polisi Mayklın ürəyinin tədqiqat mərkəzinə göndərildiyini açıqlayıb.
Mayklın 47 yaşlı qızı Heyli qəzəbini ifadə edərək “Bizə cavab lazımdır” sözlərini söyləyib.
İngiltərə ölümün dəqiq səbəbini müəyyən etmək üçün araşdırma aparır.
Billurə






















































