Nov 28

Alyansla bağlı suala cavab verə bilmədi

NATO-nun Baş katibi Mark Rutte Reykyavikdə keçirdiyi mətbuat konfransı zamanı Şimali Atlantika Alyansını quran ölkələrin sayı ilə bağlı suala düzgün cavab verə bilməyib.

Mozalan.az ” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“İslandiya alyansın təsisçi ölkələrindən biridir. Xatırladığım qədər, 1949-cu ildə onların sayı 10 idi”, - deyə baş katib cavab verib, amma elə həmin anda orada olanlar ona düzəliş edib. Belə ki, əslində onların sayı 12 idi.

“Bəli, 1949-cu ildə onların sayı 12 idi. İslandiya isə 12 təsisçi ölkədən biri idi. O, çox mühüm NATO üzvü olaraq qalır”, - Rutte sözlərinə düzəliş edib.

Bənzər xəbərlər

Gündəm

0.032989978790283