Ağ Evdə atışmada şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
ABŞ-nin paytaxtı Vaşinqtonda, Ağ Evin yaxınlığında baş verən atışmada şübhəli bilinən şəxs saxlanılıb.
Mozalan.az xəbər verir ki, Vaşinqtonun Polis İdarəsi bu barədə "X"də xəbər verib.
Hadisə yeri mühasirəyə alınıb. Şübhəlinin adı hələ açıqlanmır.
"Fox News" xəbər verir ki, Ağ Ev hadisədən dərhal sonra bağlanıb.
"Associated Press"in məlumatına görə, Milli Qvardiyanın iki hərbçisi və şübhəli şəxs güllə xəsarətləri alıblar. Kolumbiya Dairəsinin Yanğından Mühafizə və Fövqəladə Hallar Xidmətinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Vito Madjiolo, onların hər üçünün xəstəxanaya aparıldığını bildirib. Qeyd olunur ki, qvardiyaçıların hər ikisinin vəziyyəti ağırdır.
***
ABŞ-nin paytaxtı Vaşinqtonda, Ağ Evin yaxınlığında Milli Qvardiyanın iki hərbi qulluqçusu güllə xəsarəti alıb.
Mozalan.az xəbər verir ki, bu barədə "ABC News" və "Associated Press" mənbələrə, eləcə də "Newsmax"ın jurnalisti Mayk Karter Məxfi Xidmətə istinadən məlumat yayıb.
"Atışma şəhərin 17-ci və 1-ci küçələrinin kəsişməsində baş verib", - Vaşinqtonun Polis İdarəsi "X" sosial şəbəkəsində bildirib.
Hərbçilərin səhhəti və hadisənin təfərrüatları hələ məlum deyil.
Qeyd edilir ki, ABŞ Prezidenti Donald Tramp hadisə zamanı Florida ştatında Vest Palm-Biçdə olub.
"Ağ Ev bu faciəli vəziyyətdən xəbərdardır və onu fəal şəkildə izləyir. Prezident məlumatlandırılıb", - Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib.(report)



















































