Nov 25

Yeni Zelandiya bu heyvanları tamamilə yox edəcək

Yeni Zelandiya 2050-ci ilə qədər vəhşi pişikləri tamamilə məhv etmək qərarına gəlib.

Mozalan.az "The Guardian"a istinadən xəbər verir ki, ölkənin təbiəti mühafizə naziri Tama Potaka hökumətin vəhşi pişikləri "Yırtıcılardan Azad 2050" proqramına daxil etdiyini açıqlayıb. O, pişikləri "soyuqqanlı qatillər" adlandırıb.

Nəşrin məlumatına görə, 2016-cı ildə strategiyanın qəbulundan sonra bu siyahıya ilk dəfədir ki, yırtıcı heyvan əlavə edilir. Buraya ilkin olaraq yerli yırtıcıların beş əsas növü daxil edilib: siçovullar, qaqumlar (gəlinciklər) və opossumlar.

Hazırda Yeni Zelandiyada 2,5 milyondan çox vəhşi pişik var. Çəkisi 7 kiloqrama qədər və quyruğu da daxil olmaqla uzunluğu bir metrə çata bilər. Bu heyvanların təbiətə zərərli olduğuna inanılır.

Artıq bəzi ərazilərdə vəhşi pişiklər məhv edilir. Pişikləri strategiyaya daxil etmək planları əvvəllər şiddətli ictimai müqavimətlə qarşılaşmışdı.

Ekoloq Kristin Samner deyir ki, səlahiyyətlilər pişik populyasiyası və onun törətdiyi zərərlə bağlı daha çox araşdırmanı maliyyələşdirməlidirlər.

Qeyd olunur ki, ev pişikləri strategiyaya daxil edilməsə də, biomüxtəlifliyə də təhlükə yaradır.

SPCA və Predator Free Trust qapalı məkanlarda pişik sahibi olmağı müdafiə edir və hökuməti məcburi mikroçipləmə və sterilizasiya da daxil olmaqla, ev pişiklərinə nəzarət etmək üçün qanunvericilik tətbiq etməyə çağırır.

Yeni Zelandiyanın vəhşi pişikləri avropalılar tərəfindən gətirilən ev pişiklərindən əmələ gəlib. Avropalıların gəlişindən əvvəl adalar təcrid olunmuşdu və məməli yırtıcıları yox idi, bu da yerli növləri həssas vəziyyətdə qoymuşdu.

Bənzər xəbərlər

Gündəm

0.021088123321533