Nov 24

Maskın rəhbərlik etdiyi qurum fəaliyyətini dayandırdı

ABŞ-də Hökumətin Səmərəliliyinin Artırılması Departamenti (DOGE) fəaliyyətini dayandırıb.

Mozalan.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, departamentin fəaliyyət müddətinin başa çatmasına hələ 8 ay qalsa da, struktur artıq mövcud deyil.

Məlumata əsasən, ABŞ Federal Hökumətinin kadr xidmətinin rəhbəri Skott Kuper departamentin hökumət qurumu statusunu itirdiyini açıqlayıb. Onun sözlərinə görə, quruma məxsus bir çox səlahiyyətlər bundan sonra Şəxsi Heyətin İdarə Edilməsi Xidməti tərəfindən icra olunacaq.

Qeyd edək ki, sözügedən departament bu ilin yanvar ayında yaradılmışdı. Amerikalı milyarder İlon Maskın rəhbərlik etdiyi qurum onun may ayında vəzifəsindən istefa verməsindən sonra formal şəkildə fəaliyyət göstərirdi.(qafqazinfo)

Bənzər xəbərlər

Gündəm

0.021600961685181