Nov 24

Koçinyan: Azərbaycanla sülh qarşı çıxan ya xarici agent, ya alçaq, ya da axmaqdır

“Həm Ermənistanda, həm də Azərbaycanda bir-birimizə qarşı müəyyən qədər qəzəb, inamsızlıq, inciklik, nifrət dümənçilik var və bu da tamamilə təbiidir. Ermənistan-Azərbaycan münaqişəsi belə hadisələrin baş verdiyi yeganə münaqişə deyil. Bu problemləri həll etmək və bu hissləri aradan qaldırmaq üçün hələ çox iş görülməlidir”. 

Mozalan.az xəbər verir ki, bunu “Sülh körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycanda səfərdə olan Ermənistan vətəndaş cəmiyyəti qrupunun üzvü Areq Koçinyan deyib. 

“İndi bizim bir qırmızı xətt çəkmək və ondan kənarda işləmək imkanımız var. Başqa sözlə, əgər indi keçmişə qayıdıb kimin nə dediyini, nə vaxt nə etdiyini, kimin necə davrandığını və necə davrandığını saysaq, bizim fikrimizcə, bu, sadəcə olaraq heç bir yerə aparan yol deyil. Qeyd etməliyəm ki, bu məsələdə Azərbaycandakı tərəfdaşlarımızla müəyyən qarşılıqlı anlaşma mövcuddur”, -o vurğulayıb.

Koçinyan əlavə edib ki, siyasi arenadakı müxtəlif fiqurlar bu qəzəbdən, məyusluqdan, inamsızlıqdan və müəyyən dərəcədə qorxudan öz siyasi məqsədləri üçün istifadə etməyə çalışırlar: “Bu da mənim fikrimcə, olduqca iyrənc bir haldır. Məncə, Ermənistanın siyasi arenasında Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə sülh prosesinə qarşı çıxan hər kəs ya xarici agent, ya alçaq, ya da nədən danışdığını bilməyən siyasətdən uzaq bir axmaqdır”, - qeyd edib.

Mürtəza
 

Bənzər xəbərlər

Gündəm

0.022181034088135