Zelenski: ABŞ-nin planı Ukrayna üçün vacib olan bir neçə elementi nəzərə ala bilər
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin Rusiya-Ukrayna münaqişəsinin həlli üçün təklif etdiyi sülh planı üzrə Cenevrədə davam edən danışıqlara münasibət bildirib.
Mozalan.az xəbər verir ki, o, bu barədə teleqram kanalında yazıb.
"Bazar günü İsveçrədə işləyən Ukrayna nümayəndə heyətinin ilkin hesabatları göstərir ki, Amerikanın müharibənin dayandırılması ilə bağlı təklifləri Ukraynanın milli maraqları üçün vacib olan elementləri nəzərə ala bilər. Ukrayna xalqının ümid etdiyi əsas məqsədə - nəhayət, qan tökülməsinə və müharibəyə son qoymaq üçün bu elementlərin effektivliyini artırmaq üçün səylər davam edir", - Zelenski bildirib.(report)



















































