Nov 23

Qan qrupuna görə xarakter: 99 faiz insanlarda nəticə üst-üstə düşür

Hər bir insanın qanı dörd qrupdan birinə və iki rezusdan birinə malik olur. Ümumilikdə 8 mümkün kombinasiya mövcuddur. 

Mozalan.az xəbər verir ki, elm qan qrupunun xarakterə təsiri ilə bağlı heç bir sübut təqdim etməsə də, bir çox insan bu xüsusiyyətin şəxsiyyətlə əlaqəli olduğuna inanır. Bu inanc xüsusilə Yaponiya və Koreyada geniş yayılıb. Hətta yaponlar tanışlıq zamanı belə sual verməyi adi hal hesab edirlər.

Qan tipinə əsaslanan şəxsiyyət nəzəriyyəsi elmi təsdiqini tapmayıb, buna görə də ona həddindən artıq ciddi yanaşmaq lazım deyil. Qan qrupunuzu tibbi arayışdan, doğum haqqında sənəddən və ya kişilərdə hərbi biletdən öyrənə bilərsiniz. Donorluq zamanı isə qan qrupu və rezus amili pulsuz müəyyən edilir.

1-ci qrup - Siz optimist, məqsədyönlü və özünəinamlı birisiniz. Həyatdan nə istədiyinizi dəqiq bilirsiniz. Təbiətən müşahidəçi olduğunuz üçün bir çox həyat imkanlarını görürsünüz. Uzaqgörənliyiniz isə gələcəkdən qorxmamağınıza kömək edir.

Həmçinin 1-ci qan qrupunda xarakterə rezus amili də təsir edir. Müsbət rezuslu insanlar daha həyatsevər və bir qədər özlərinə yönəlik olurlar. Mənfi rezuslu şəxslər isə daha qətiyyətli və bəzən sərt xarakterə malikdirlər.

2-ci qrup - Siz sakit və nizamlısınız, qaydanı sevir, münaqişələrdən qaçırsınız. Bütün hadisələri əvvəlcədən planlaşdırmağı xoşlayırsınız. Yaxınlarınız sizi düşüncəli və xırdalıqlara diqqət edən biri kimi tanıyır. Uzunmüddətli münasibətləri qiymətləndirir və boş söhbətləri sevmirsiniz.

Rezus amili də xarakterə təsir edir – 2-ci qrup müsbət rezus yüksək emosional intellekt və tanınma istəyini göstərir. Mənfi rezuslu insanlar intizamlı və israrlıdır, lakin başqalarının emosiyalarına tez yoluxurlar.

3-cü qrup - Azadlığı sevir və bəzən üsyankar olursunuz. Sizin üçün yaradıcı düşüncə, orijinallıq və tapıcılıq xarakterikdir. Lakin tez-tez nizamsız olur, səliqəyə diqqət yetirmir və görüşlərə gecikirsiniz.

3-cü qrup müsbət rezus səxavət, emosionalıq və impulsivliklə xarakterizə olunur. Mənfi rezus isə daha çox qapalılığa işarə edir: belə insanlar həssas olsalar da, emosiyalarını daxilində saxlayırlar.

4-cü qrup - Bu qrupun sahibləri sirli və çox duyğuludurlar. Xarakterə görə onlar zahirdə təmkinli görünsələr də, daxilən güclü düşüncə prosesləri yaşayırlar. Ətrafdakılar onları çox vaxt olduğundan az qiymətləndirir. Siz həmçinin xeyirxahlığa və qayğıya qadirsiniz, amma yalnız qarşılıq hiss etdiyiniz halda.

4-cü qrup müsbət rezus inadkarlıq və məsləhətləri dinləməmək xüsusiyyəti ilə seçilir. Mənfi rezus isə yüksək intellekt və etimad problemlərinə işarə edir.(qaynarinfo)

Bənzər xəbərlər

Gündəm

0.021003007888794