HƏMAS-dan Trampın kürəkəninə XƏBƏRDARLIQ MESAJI - Müddət bitəndən sonra...
Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs razılaşmasının müddəti başa çatdıqdan sonra hərbi əməliyyatları bərpa etməyə hazır olduğu barədə ABŞ-ı xəbərdar edib.
Mozalan.az xəbər verir ki, bu barədə "Al Hadath" mənbələrə istinadla məlumat yayıb.
Telekanalın həmsöhbətlərinin məlumatına görə, HƏMAS nümayəndələri ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffa və Amerika liderinin kürəkəni Cared Kuşnerə sazişin müddəti bitdikdən sonra döyüşləri davam etdirməyə hazır olduqları barədə məlumat veriblər. Onların sözlərinə görə, İsrail artıq Fələstin anklavında razılaşmanın şərtlərini pozur.
Radikalların sözlərinə görə, atəşkəs qarşılıqlı olmalıdır və onlar Qəzzanın yeni Livana çevrilməsinə imkan verməyəcəklər.
16 noyabrda Fələstinin Avstriyadakı səfiri Salah Abdel Şafi bəyan edib ki, Qəzza sektorunda atəşkəs son dərəcə kövrək olaraq qalır, çünki İsrail ordusu sazişin şərtlərinə əməl etmir. Diplomatın sözlərinə görə, İsrail Müdafiə Ordusunun (İDF) hərəkətləri nəticəsində atəşkəs imzalandıqdan sonra yüzlərlə fələstinli zərər çəkib. Onlardan təxminən 260 nəfəri xilas etmək olmayıb.



















































