Nov 22

Vitse-prezident Vens: Fantaziya aləmində yaşayanlar sülhə nail ola bilməz

Trampın sülh planını tənqid edənlər və ya təşəbbüsü səhv başa düşür, ya da ki, mövcud reallıqları anlamırlar.

Mozalan.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti C.D.Vens bəyan edib.
O əlavə edib ki, istənilən sülh planı üç aspekti əhatə etməlidir: Ukraynanın suverenliyini qoruyaraq qətllərə son qoyulması; plan həm Rusiya, həm də Ukrayna hakimiyyəti üçün məqbuldur; razılaşma döyüşlərin yenidən başlamaması şansını artırır.

C.D.Vens  daha sonra qeyd edib: "Adətən yanlış fikir var ki, əgər biz sadəcə daha çox pul, silah versək və ya daha çox sanksiyalar tətbiq etsək qələbə əldə edilə bilər. Sülhə uğursuz diplomatlar və ya fantaziya aləmində yaşayan siyasətçilər nail ola bilməz. Buna real dünyada yaşayan ağıllı insanlar nail ola bilər".

Mürtəza

Bənzər xəbərlər

Gündəm

0.020457983016968