Nov 20

"Aİ Ermənistanı qrantlar və boş vədlərlə doldurur" - Zaxarova

Aİ Ermənistanı qrantlar və boş vədlərlə doldurur, ona Gürcüstan kimi neoliberal münasibətləri sırımağa çalışır, ictimai rəyi manipulyasiya edir, rusofobiyanı aşılayır.

Mozalan.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

"Bildiyiniz kimi, onlar indi Ermənistanda müşahidə missiyası və faktiki kəşfiyyat missiyası yerləşdirərək respublikanı öz hərbi-siyasi orbitinə çəkiblər. Bir sözlə, onlar rus və erməni xalqları arasında çoxəsrlik dostluğu məhv etmək istəyirlər”, - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü bildirib.

Onun sözlərinə görə, Qərbin, o cümlədən Aİ-nin Cənubi Qafqazda dağıdıcı siyasəti həqiqətən də geniş vüsət alır.

Zaxarovanın sözlərinə görə, Avropa İttifaqının hərəkətləri Rusiya ilə qarşıdurma planı ilə bağlıdır.

“Təhlükələr və təzyiqlər Brüsselin regiondakı siyasəti üçün sözün əsl mənasında rutin bir şeyə çevrilib”, o deyib.

Elvin

Mozalan.az

Bənzər xəbərlər

Gündəm

0.02118706703186