Deputat: Səhiyyə sistemində vahid ştat cәdvәli və əməyin ödənilməsi modeli yaradılmalıdır
"Büdcə xərclərində səhiyyə xərclərinin artım dinamikasına nəzər yetirərkən bu artımın son 10 ildə dayanıqlı hal aldığını müşahidə edirik. 780 milyon manat səhiyyə büdcəsinin hal hazırda icmal büdcə nəzərə alınmaqla 4 mlrd-a yaxınlaşması ölkə rəhbərinin vətəndaşlarının sağlamlığına verdiyi önəmin göstəricisidir.
Ayrılan vəsaitlər səhiyyə sisteminin modernləşməsində və yeni-yeni uğurların qazanılmasında təzahür edir".
Mozalan.az xəbər verir ki, bunu deputat Müşfiq Məmmədli parlamentdə 2026-cı il büdcə müzakirələri zamanı deyib.
Deputat eyni zamanda səhiyyə sahəsi ilə bağlı büdcə vəsaitlərindən səmərəli və effektiv istifadə baxımından təkliflərini irəli sürüb:
"Ölkə üzrə bütün səhiyyə sistemində vahid yanaşma tətbiq edərək həm ştat cәdvәllərinin həm də əməyin ödənilməsinin sadələşdirilmiş və optimallaşdırılmış modelinin yaradılması.
Yerli səhiyyə qurumları olan PHŞ-lərdə tələb olunan tibbi xidmətlərin cərcivəsini genişləndirməklə əhaliyə göstərilən tibbi yardımın ceşidini keyfiyyətini və əlcatanlıgını artırmaqla İTSF-in izafi xərclərinin qarşısının alınması.
Səhiyyə nazirliyinin tabeliyində olan Elmi-tədqiqat institutlarının modernizasiyası və xidmət ceşidlərini artırmaqla regionlarda da fəaliyyətin artırılması.
İcbari sığorta vəsaitlərindən istifadə zamanı iqtisadi cəhətdən əsaslandırılma və rəqabət məcəlləsinin müddəaları nəzərə alınmalıdır.
Rəqəmsallaşma və daha inkişaf etmiş informasiya texnologiyaları tətbiq etməklə səhiyyə idarəçiliyində modern korporativ modellərin tətbiq edilməlidir.
Bu sahələrdə dövlətimizin ayırdığı böyük vəsaitlər hesabına dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil almış gənclər hərəkətverici qüvvə olacaqdır.
Mənə yaradılan şəraitdən istifadə edərək Quba dövlət sərhəddi, Çiçi-Təngəaltı avtomobil yolunun yenidənqurulması ücün vəsaitin ayrılması və işlərə başlanılması münasibətilə seçicilərimiz adından Cənab Prezidentə dərin minnətdarlığımı bildirirəm".
Mürtəza



















































