Nov 19

Nazir: Aşağı gəlirlərə aşağı vergi dərəcələri 3 ilə mərhələli keçidlə tətbiq olunacaq

Aşağı gəlirlərə aşağı vergi dərəcələri 3 il ərzində yumşaq və mərhələli keçidlə tətbiq olunacaq.

Mozalan.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisdə 2026-cı il büdcə zərfinin müzakirəsi zamanı deyib.

"Cənab Prezidentin təşəbbüsü ilə əmək bazarında leqallaşma prosesinin davam etməsi üçün yaradılmış münbit şəraitin qorunması məqsədilə daha aşağı gəlirlərə aşağı vergi yükünün müəyyən edilməsi və bunun mərhələləri şəkildə həyata keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Bu çərçivədə qeyri-neft-qaz özəl sektorda əmək haqlarının tədricən, mərhələli şəkildə vergiyə cəlb edilməsinə dair təklif verilmişdir", - nazir deyib.

Mürtəza

Bənzər xəbərlər

Gündəm

0.033429145812988