Nov 17

ABŞ dövlət katibinin müavini bu həftə Azərbaycana səfər edəcək

ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Elison M. Huker bu həftə Azərbaycana səfər edəcək.

Mozalan.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında məlumat yayılıb.

"Dövlət katibinin müavini Elison Huker 2025-ci il noyabrın 15-dən 21-dək Ermənistan və Azərbaycanda işgüzar səfərdə olacaq", - məlumatda qeyd olunub.

Səfərlə bağlı digər təfərrüatlar açıqlanmır.

Bənzər xəbərlər

Gündəm

0.022429943084717