“Tarif Şurasına demək lazımdır ki, indi vaxtıydımı ki, qiymətləri qaldırırsan..?”
Xəbər verdiyimi kimi ölkədə benzin və “salyarka”nın qiymətinin qalxması birmənalı qarşılanmayıb. İnsanlar müharibədən sonra qiymətlərin qalxmasının heç də doğru olmadığı qənaətindədir.
Tanınmış ictimai xadim, Azərbaycan Tibb Universitetinin dosenti Rəşid Mahmudov Moderator.az-a açıqlamasında Tarif Şurasının qərarını tənqid edib:
“Tarif Şurasına demək lazımdır ki, indi vaxtıydımı ki, qiymətləri qaldırırsan? Benzinin qiyməti qalxıbsa, ölkədə hər şeyin qiyməti qalxacaq. Vəzifədə olan məmurların məqsədi odur ki, ancaq nə yollasa millətə ziyan vursunlar, onları kasıblaşdırsınlar. Mənim maşınım yoxdur, onsuz da işə avtobusla gedirəm. Bəs bu maşını olanlar neyləyəcək? Ölkə müharibədən təzə çıxmışdı, hələ heç əhalinin də dolanışığı yaxşı deyil. Müharibə təzə qurtarıb, pandemiya bütün dünyanı ağuşuna alıb və biz də bundan əziyyət çəkirik. Əhalinin çoxunun koronavirusa görə işi bağlanıb. Bunlar da gecəylə qəfildən qiymətləri qaldırıb bizə şad xəbər verirlər. Heç bunun yeri deyildi”.