Vens: ABŞ vaxtaşırı nüvə silahını sınaqdan keçirməlidir
 
   
   
    ABŞ vaxtaşırı nüvə silahı sınaqları keçirməlidir.
Mozalan.az xəbər verir ki, bu barədə ABŞ vitse-prezidenti Cey Di Vens Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.
“Bizim böyük arsenalımız var. Aydındır ki, rusların da böyük nüvə arsenalı var. Çinlilərin də. Bəzən bu silahların düzgün və etibarlı işlədiyinə əmin olmaq üçün sınaqlar keçirmək lazımdır,” – deyə o vurğulayıb.
O, ABŞ-ın bu sınaqlar zamanı nüvə partlayışlarını yenidən həyata keçirməyə hazır olub-olmadığını isə dəqiqləşdirməyib.



















































