Oct 25

2026-cı ildə səyahət üçün ən yaxşı yerlər - SİYAHI

Dünyanın ən böyük turistik bələdçi nəşri olan "Lonely Planet" hər il oktyabr ayında gələcək il üçün turistlərin diqqət yetirməli olduğu istiqamətləri müəyyənləşdirir.

Mozalan.az Valyuta.az-a istinadən xəbər verir ki, 2026-cı il üçün tərtib edilən siyahıya dünyanın 25 heyranedici məkanı daxil edilib və onun zirvəsində Cənubi Amerikanın mənzərəli ölkəsi – Peru qərarlaşıb.

Nəşrin müəllifləri qeyd edirlər: “Peru – qədim xarabalıqları və müasir şəhərləri, dərin ənənələri və yenilikçi mətbəxi ilə – sürətlə gələcəyə doğru irəliləyir, eyni zamanda öz şanlı keçmişinə hörmətini qoruyur. Yeni infrastruktur layihələri, o cümlədən paytaxt Lima və macəra şəhəri Uarasda tikilən hava limanları, həmçinin keçmiş İnka imperiyasının paytaxtı Kuskoya yaxın ərazidə sürətlə açılan yeni hava limanı sayəsində Peruda səyahət etmək indi hər zamankından daha asandır".

Həmçinin xatırladılır ki, ölkənin ən məşhur görməli yeri – qədim inka şəhəri Maçu Pikçu – artıq həddindən artıq turizmlə mübarizə aparmaq məqsədilə 10 yürüş marşrutunu əhatə edən üç yeni dairəvi yol istifadəyə verib. Bununla yanaşı, turistlər indi daha az ziyarət edilən Çokekirao xarabalıqlarına və ya bir zamanlar Kuskonu geniş İnka imperiyası ilə birləşdirən daş döşəməli Kapak-Nyan yollar sistemi boyunca yürüşlərə çıxırlar.

Ekspertlər həmçinin Perunun qastronomiyasına diqqət yetirməyi tövsiyə edirlər, çünki Lima sürətlə dünyanın ən böyük qastronomiya paytaxtlarından birinə çevrilir.

"Lonely Planet"in 2026-cı il üçün səyahət siyahısı:

1. Peru, Cənubi Amerika
2. Cafna, Şri-Lanka
3 Mein, ABŞ
4. Kadis, İspaniya
5. Reyunyon, Afrika
6. Botsvana, Afrika
7. Kartaxena, Kolumbiya
8. Finlandiya
9. Tippereri, İrlandiya
10. Mexiko, Meksika
11. Ketsaltenango, Qvatemala
12. Britaniya Kolumbiyası, Kanada
13. Sardiniya, İtaliya
14. Libertadi, San-Paulu (Braziliya)
15. Utrext, Niderland
16. Barbados, Karib adaları
17. Çecdü, Cənubi Koreya
18. Şimali ada, Yeni Zelandiya
19. Teodor Ruzvelt milli parkı, Şimali Dakota (ABŞ)
20. Kuinen, Vyetnam
21. Siemreap, Kamboca
22. Pxuket, Tayland
23. İkra-Flinders dağ silsiləsi və Avtbək, Cənubi Avstraliya
24. Tunis, Afrika
25. Solomon adaları, Okeaniya

Bənzər xəbərlər

Gündəm

0.021445035934448