Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşəcəklər

İsveçrədə Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova və Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan arasında görüş keçiriləcək.
Mozalan.az xəbər verir ki, bu barədə Simonyan sosial şəbəkə hesabında məlumat yayıb.
Vurğulanıb ki, iki ölkə parlamentinin sədrləri arasında görüş oktyabrın 21-də Cenevrədə Parlamentlərarası İttifaqın 151-ci Assambleyası çərçivəsində baş tutacaq.
Onların sonuncu görüşü 2025-ci ilin aprelində Sankt-Peterburqda olub.