Oct 19

HƏMAS Qəzzada atəşkəsi poza bilər

ABŞ Qəzzada sülh razılaşmalarına zəmanətçi dövlətləri atəşkəsin Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən pozula biləcəyi barədə xəbərdar edib.

Mozalan.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, ABŞ-nin atəşkəsin HƏMAS tərəfindən pozulacağını göstərən etibarlı kəşfiyyat məlumatları var. ABŞ-nin mövqeyinə görə, Fələstin əhalisinə qarşı planlaşdırılmış hücum atəşkəsin birbaşa və ciddi şəkildə pozulmasını təşkil edəcək və əhəmiyyətli irəliləyişə zərbə vuracaq". "Zəmanətçi dövlətlər HƏMAS-dan atəşkəslə bağlı öhdəliklərinə əməl etməyi tələb edirlər", - ABŞ Dövlət Departamentindən bildirilib.

"HƏMAS bu hücumu həyata keçirsə, Qəzza xalqının müdafiəsi və atəşkəsi qorumaq üçün tədbirlər görüləcək", - bəyanatda əlavə edilib. Dövlət Departamenti qeyd edib ki, zəmanətçi dövlətlər mülki əhalinin təhlükəsizliyini təmin etməyə, sakitliyə dəstək verməyə, sülhü qorumağa, Qəzzada və bütün regionda insanlar üçün sülh və firavanlığı təşviq etməyə sadiq olduqlarını bildiriblər.

Bənzər xəbərlər

Gündəm

0.021108865737915