Oct 18

Nazir: Ən yaxın zamanda İrəvanla Ankara arasında ciddi irəliləyiş əldə olunacaq

“Bizim Türkiyə ilə bir çox səviyyələrdə çox yaxşı dialoqumuz var. Bu istər liderlər, istər xarici işlər nazirləri, istərsə də xüsusi nümayəndələr və texniki qruplar arasında olsun”. 

Mozalan.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan DW-yə müsahibəsində deyib. 

"Dialoq heç bir ilkin şərt olmadan aparılıb və aparılır. Türkiyəli həmkarlarımız qeyd edirlər ki, Ermənistan-Azərbaycan münasibətləri normallaşmayanadək Ermənistanla Türkiyə arasında sərhədlərin açılması, diplomatik münasibətlərin qurulması prosesini başa çatdıra bilməyəcəklər. Ermənistan-Azərbaycan sülh sazişi paraflanıb. Onun mətni ilə bağlı heç bir mübahisə yoxdur. Şəxsən mən Ermənistan-Türkiyə sərhədinin açılmasında, diplomatik münasibətlərinin qurulmasında isə heç bir problem görmürəm.

Bunu türkiyəli həmkarlarımız da təsdiqləyiblər. Onlar sərhədləri açmağa, dəmir yolu xidmətini bərpa etməyə, birbaşa ikitərəfli ticarəti təzələməyə hazır olduqlarını bildirirlər və faktiki olaraq bunu nümayiş etdirirlər. Ona görə də inanıram ki, qarşıdakı həftələrdə və aylarda bu istiqamətdə çox nəzərəçarpacaq irəliləyiş əldə edəcəyik. Konkret vaxt deyə bilmərəm, ən çoxu bir neçə aya”, - Mirzoyan qeyd edib.

Mürtəza

Bənzər xəbərlər

Gündəm

0.032058000564575