"Mango"nun milyonlarla müştərinin şəxsi məlumatları sızdırıldı

Məşhur geyim markası "Mango" haker hücumuna məruz qalıb.
Mozalan.az xəbər verir ki, şirkətin sisteminə edilən hücum nəticəsində milyonlarla müştəriyə məxsus şəxsi məlumatlar ələ keçirilib.
"Mango"nun yaydığı bəyanatda qeyd olunub ki, oğurlanan məlumatlar yalnız marketinq kampaniyalarında istifadə edilən əlaqə vasitələrinə aiddir. Buraya ad, ölkə, poçt indeksi, elektron poçt ünvanı və telefon nömrəsi daxildir.
Eyni zamanda, şirkət vurğulayıb ki, bank, kredit kartı, pasport və şəxsiyyət vəsiqəsi məlumatlarının oğurlanmadığı təsdiqlənib.