Oct 16

Dünyanın ən kasıb 10 ölkəsi açıqlandı - SİYAHI

Dünyanın ən kasıb ölkələri açıqlanıb.

Mozalan.az NTV-yə istinadla xəbər verir ki, Dünya Bankının 2024-cü il üçün tərtib etdiyi hesabata görə, dünya əhalisinin təxminən 8,5%-i ifrat yoxsulluq həddinin altında yaşayır.

Məlumatlara görə, dünyada demək olar ki, 700 milyon insan "son dərəcə yoxsul" kateqoriyasına aid edilir və gündə adambaşına 2,15 dollardan az pulla dolanır.

Dünyada təqribən 1 milyard insan gündə 2,15-3,65 dollar arasında gəlirlə yaşayır, dünya əhalisinin demək olar ki, yarısı isə gündə 6,85 dollardan az qazanır.

Digər tərəfdən, Şərqi Asiya, Sakit Okean və Cənubi Asiya son 25 il ərzində yoxsulluğun ən çox azaldığı bölgələr kimi seçilir.

BMT-nin hesabatına görə, 1990-2019-cu illərdə ifrat yoxsulluq sürətlə azalsa da, COVID-19 pandemiyası və sonrakı böhranlar son onilliklərdə qlobal yoxsulluğun ən böyük artımına səbəb olub.

2019-cu ildən bəri yoxsulluğun aradan qaldırılmasında demək olar ki, heç bir irəliləyiş əldə olunmayıb.

“Visual Capitalist” onlayn media platforması Beynəlxalq Valyuta Fondunun (BVF) 2025-ci il Dünya İqtisadi Görünüşü hesabatına istinadla ən kasıb ölkələr haqqında məlumat hazırlayıb. Qeyd edilib ki, ölkələrin adambaşına düşən ümumi daxili məhsulu (ÜDM) nəzərə alındıqda, dünyanın ən yoxsul ölkələrinin böyük əksəriyyəti səhra altı ölkələrdə  yerləşir.

Adambaşına düşən ÜDM 251 dollar olan Cənubi Sudan dünyanın ən kasıb ölkəsi kimi siyahıya başçılıq edir, adambaşına düşən ÜDM-i 417 dollar olan Yaxın Şərq ölkəsi Yəmən ikinci yerdədir.

Siyahıda sonrakı yerlərdə Burundi, Mərkəzi Afrika Respublikası, Malavi, Madaqaskar, Sudan, Mozambik, Konqo Demokratik Respublikası və Niger izləyir.

Billurə Yunus


 

Bənzər xəbərlər

Gündəm

0.021603107452393