Dec 21

Mikael Ambarsumyan:”Ermənilər növbəti dəfə dünya qarşısında biabır oldu”

20 dekabr tarixində yüksək rütbəli zabitlərlə birlikdə jurnalistlərə verdiyi müsahibədə “Erablur” hərbi məzarlığını ziyarət edən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Mikael Ambarsumyan ermənilərin növbəti dəfə bütün dünya qarşısında biabır olduğunu söyləyib:

“Dünən bütün günü Erablurda hansı hadisələrin baş verdiyini izlədim və açığını deyim ki, sadəcə iyrənc hiss etdim, bir daha bütün dünya qarşısında istehza obyektinə çevrildiyimizi düşündüm.Ç ünki insanlar harda olduğumuzu unutmuşdular ”.

Mozalan.az bildirir ki, həmin gün çox sayda müharibə iştirakçısı və qurbanların yaxınları Erablurda toplaşanIar Nikol Paşinyanın bura girməsinə icazə verməyəcəklərini bildiriblər.

Paşinyan məzarlığa gələndə isə “Nikol xain” şüarları səsləndiriblər və onlarla baş nazir tərəfdarları arasında qarşıdurma yaranıb.

Polis, müharibə iştirakçılarını, qurbanların yaxınlarını və Paşinyana qarşı yol göstərən digər vətəndaşları zorla dağıdıb.

Bənzər xəbərlər

Gündəm

0.032008171081543