Oct 15

Məşhur dilənçi qız oğurluğa görə saxlanıldı

Paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbə sakininin ona məxsus mağazadan pul vəsaitinin oğurlanması ilə bağlı polisə müraciəti daxil olub.

Mozalan.az xəbər verir ki, müraciət əsasında təhqiqat araşdırmaları aparılıb.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxslərin avaralıq və dilənçiliklə məşğul olan, Yevlax rayon sakinləri B.Mukavadze (red.-“Tiktok” adı “Aysu”) və T.Bəkirova olması müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, sözügedən oğurluq görüntüləri bir neçə gün öncə sosial şəbəkələrdə yayılmışdı. (qafqazinfo)

Bənzər xəbərlər

Gündəm

0.020209789276123