Dec 21

Onkologiya Mərkəzində xəstənin yiyəsinə arabanı vermək üçün nişan üzüyünü girov istəyiblər-VİDEO

Onkoloji Mərkəz sözün əsl mənasında can bazarıdır. Pulun varsa, bir az daha yaşamağa ümid edə bilərsən, yoxsa diriykən həyata vida deyəcəksən.
Onkoloji xəstəlik şübhəsilə ilk müayinə 500 manat, kimyaterpiya keçmək üçün müayinə sənədlərini müalicə edəcək həkimə verilməsi 20 manat, kimyaterapiya 300 manat, kimyaterapiyadan öncəki müayinlər 60-100 manat (hər 21 gündən bir), 28 seanslıq şüa 1000 manat, pozitron-emissiya tomoqrafiyasına görə 1500 manat, qeydiyyat, bütün tibbi xidmətlər (müayinə, müalicə, əməliyyat), yeri gəldi-gəlmədi əlavə analizlər, biopsiyalar pullu, xəstə ölənə qədər soyğunçuluq...
Baxmayaraq ki, MOM-a dövlət büdcəsindən hər il on milyonlarla manat ayrılır.

Bura pullu qəssabxanadır. Və o qəssabxananın baş direktor müavini deputat Kəmaləddin Qafarovdur. O Kəmaləddin Qafarov ki, insanların həyatı üzərindən özünə ağılagəlməz biznes şəbəkəsi qurub.
Vəziyyət o həddə çatıb ki, burada adi arabanı pulsuz vermək istəmirlər.
Xəstənin yiyəsinə arabanı vermək üçün nişan üzüyünü girov istəyiblər.
Təqdim etdiuyimiz video biabırçılığın səviyyəsi göstərilir. İnsanların əlindən sonuncu şeyləri alınır.
İnsanların faciəsi üzərindən cənab deputat bax cür biznes qurur.

 azerinfo.tv

 

Bənzər xəbərlər

Gündəm

0.02878999710083