Oct 09

Qəzzada daimi atəşkəs əldə olundu

HƏMAS ilə İsrail arasında Misirdə aparılan danışıqların dördüncü günündə Qəzza üzrə atəşkəs sazişi imzalanıb.

Mozalan.az xəbər verir ki, Şarm əl-Şeyxdə keçirilən görüşlərdə Türkiyə Milli İstihbarat Təşkilatının rəhbəri İbrahim Kalın da iştirak edib. Masada həmçinin Cared Kuşner və Yaxın Şərq üzrə xüsusi nümayəndə Stiv Vitkoff da yer alıb.

Görüşlərin nəticəsində əldə olunan razılaşma çərçivəsində Qəzzada atəşkəsin 24 saat ərzində qüvvəyə minməsi qərara alınıb. İsrail və Misir mediası artıq sazişin imzalandığını təsdiqləyib.

Dörd gün davam edən intensiv müzakirələrdən sonra əldə edilən bu razılaşma bölgədə humanitar vəziyyətin sabitləşdirilməsi və qarşıdurmanın dayandırılması istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Qəzza üzrə İsrail–HƏMAS razılaşmasının detalları yaxın saatlarda açıqlanacaq. 

Bənzər xəbərlər

Gündəm

0.021017074584961