Dec 08

İcra başçısının yeni işğal planı – Məktəb yolu zəbt edildi – VİDEO

Tərtərin icra başçısı Müstəqim Məmmədov 96 saylı Tərtər Peşə Liseyinə gedən səkini zəbt edib.
 

KAİM.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə həmin ərazidən çəkilmiş video yayılıb.

Videonu “Facebook” hesabında hüquqşünas Mehman Muradlı paylaşıb.

Müzakirəyə səbəb olan videoda aydın görünür ki, icra başçısı məktəblə yanaşı villa tikdirib. Villanın divarları isə az qala, yola qədər çıxır. Səkinin digər yarısında isə villanın ətrafı yaşıllıq olsun deyə, ağaclar əkilib. Beləcə, səki ilə hərəkət etmək mümkünsüz hala gəlib. İndi şagirdlər məcburdurlar ki, maşın yolu ilə hərəkət etsinlər. Bu isə çox təhlükəlidir. Videonu çəkən şəxs “Əgər Müstəqim Məmmədov yaşıllıq salmaq istəyirsə, məktəb səkisini niyə bağlayır”, – deyə sual edir.

Villanın digər divarı da yola çıxdığından qaz xətti səkinin ortasından çəkilib.

Videonun sonunda adi vətəndaşın evinin kənarından gedən səki ilə M.Məmmədovun villasının kənarındakı “səki” müqayisə edilir.

Digər maraqlı məqam isə məktəbin villaya baxan pəncərələrinin hörülməsidir. Sakinlər iddia edir ki, bunu başçının villasının həyəti görünməsin deyə ediblər.

Xatırladaq ki, bu villanın yerində əvvəllər “Kapital Bank”ın rayon filialının binası olub. Daha sonra onun yerində Yeni Azərbaycan Partiyasının Tərtər rayon şöbəsinin binası tikilib. Bir müddət sonra isə YAP-ın binası başçının villasına çevrilib.

Tərtərin icra başçısı Müstəqim Məmmədov 96 saylı Tərtər Peşə Liseyinə gedən səkini zəbt edib.

 

Bənzər xəbərlər

Gündəm

0.02545690536499