Sep 18

BDYPİ-nin Maştağadakı BAZARI - Texniki Müayinə Mərkəzində Anar Cəfərovun özəl "qanun"ları

Uzun illərdir formal xarakter daşıyan və korrupsiya mənbəyindən başqa hər hansı özəlliyi olmayan avtomobillərin texniki baxışı prosedurunda dəyişiklik yoxdur. Yenə rüşvət alınır və formal olaraq baxış guya baxış keçirilir.

Beləki, Maştağa qəsəbəsində yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin Texniki Müayinə Mərkəzində avtomobilin texniki baxışdan keçirilməsində heç nə dəyişməyib, əvvəlki “qaydalar” hökm sürür, hətta qiymətlər də çox bahalaşıb, yəni rüşvət formasında...

"Mozalan"a üz tutan adının çəkilməsini istəməyən sürücü deyir:

"Baş Dövlət Yol Polisinin olduqca bahalı müayinə avadanlıqları ilə təchiz olunmuş mərkəzinə baş çəkməyə lüzum yoxdur. Anar Cəfərov burda özəl "qanun"larını yaradıb, müavini isə icra etməkdədir. Çünki, hər sürücü məkəzə daxil olub sənədlərini inspektora təqdim etdikdə inspektor maşına baxmadan və görmədən qarşısındakı hesablayıcıya 100 manat yazıb göstərir. İnanın ki, hər bir maşınla bağlı deyilən məbləği verdikdə, maşını heç müayinə də eləmirlər. Pulu verəndən bir az müddətdən sonra “SMS gəlir ki, avtomobil texniki baxışdan keçib. Amma, başqaları kimi qiymətdə razılaşmasan dərhal həmin sürücü müayinəyə dəvət olunur və qüsurlar göstərilir və süni maneələr yaradılır..."

Qeyd edək ki, bu sahədə olan problemlər, qüsurlar, korrupsiya iddiaları barədə mətbuatda dəfələrlə yazılıb. Elə biz də oxşar şikayətlərlə bağlı bir neçə dəfə tənqidi yazı dərc etmişik. Təəssüf ki, dəyişən bir şey olmayıb.

Qeyd edək ki, Azərbaycanda  “Yol hərəkəti haqqında” Qanuna görə, avtomobillər istehsal olunduqları vaxtdan dörd il keçdikdə iki ildə bir dəfə, istehsal olunduqları vaxtdan on il keçdikdə ildə bir dəfə texniki baxış keçirilməlidir.

Xatırladaq ki, Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) mətbuata açıqlamasında demişdi ki, ölkədə minik avtomobili parkının vəziyyəti artıq çox ciddi narahatçılıq doğurur: “Təxminən 900 min minik avtomobilinin yaşı (ölkə avtoparkının 77%) 10 ildən yuxarıdır. Ümumilikdə ölkə parkında 100 mindən artıq yaşı 40 il və daha yuxarı, 125 mindən artıq yaşı 30-dan yuxarı, 300 mindən artıq yaşı 20-dən yuxarı müxtəlif tip avtomobil var ki, bu da ölkə avtoparkında toplam olaraq 500 mindən çox istismarı təhlükəli və ekologiyaya zərərli avtomobillər var. Maraqlıdır, sayı gündən-günə artan sınıq-salxaq maşın bahalı müayinə mərkəzlərindən necə müsbət rəy ala bilir? Necə deyərlər, bineyi-qədimdən texniki baxış keçirən Müayinə Mərkəzində şıdırğı "birka" alveri gedir, Anar Cəfərov isə buranı da külli miqdarda qeyri-leqal gəlir mənbəyinə çevirməkdədir.

Mozalan.az

 

Bənzər xəbərlər

Gündəm

0.018945932388306