Gənc müğənni şantaj edilir
Aktualxeber.az-ın redaksiyasına gənc müğənni Aygün şikayət ərizəsi ilə müraciət edib. O, ərizəsində qeyd edir ki, keçmiş tanışı Mustafayev Nicat Nəriman oğlu sevgilisi olan müğənni Cananla (əsil adı Babayeva Gülnar Akif qızı) birləşib onu şantaj edir, ölümlə hədələyirlər. Özünü polis əməkdaşı kimi təqdim edən Nicat Novxanı qəsəbəsi ərazisində Aygün xanımın üstünə silah da çəkərək havaya güllə belə atıbmış. Nicat öz çirkin işlərinə tikinti işləri ilə məşğul olan əmisi Arif Mustafayevi və əmisi oğlu olan, eyni zamanda 25-ci Polis Bölməsinin əməkdaşı Namiqi də qatıbdır. Namiq vasitəsilə bir neçə nəfəri, məsələn meyxanaçı Tural Sədalını bölməyə çağırtdıraraq hədələtdirib. Gənc müğənniyə Nicat güya DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşı olduğunu, ondan şikayət edərsə üzünə əlinin altında olan qadınları qoyacağını deyərək daim qorxutmuşdur. Eyni zamanda güya Aygünün onda videoçəkilişlərinin olduğunu, onun dediklərinə əməl etməsə onu sosial şəbəkədə yayacağını deyərək şantaj etmişdir. Dövlət başçısına və hüquq-mühafizə orqanlarına üz tutan şikayətçi xanım təhlükəsizliyinin təmin olunmasına köməklik göstərilməsini istəyir.
Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq.