Sep 04

Kreml: ATƏT-in Minsk Qrupunun buraxılması qərarını haqlı hesab edirik

Rusiya tərəfi Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Qarabağ münaqişəsi üzrə Minsk qrupunun ləğvi ilə bağlı qərarını haqlı sayır. 

Mozalan.az  xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O qeyd edib ki, Rusiya ATƏT-in digər üzvləri ilə birlikdə konsensus qaydası əsasında bu qərarın qəbul edilməsində birbaşa iştirak edib. "Biz regionda vəziyyətin köklü dəyişməsi baxımından bu addımı haqlı, əsaslı hesab edirik", - o qeyd edib.
Zaxarova əlavə edib ki, Minsk institutlarının ləğvi təşəbbüsü Ermənistan və Azərbaycana məxsusdur: “Bu dövlətlərin xarici işlər nazirləri avqustun 11-də müvafiq təkliflə ATƏT-ə müraciət etmişlər və bununla da Bakı  ilə İrəvan Minsk prosesinə ehtiyac duymadıqlarını təsdiq ediblər”.
 Mürtəza

Bənzər xəbərlər

Gündəm

0.021684885025024