Nov 11

Onlara heç qaçqınlıq statusu düşmür- Ermənistandakı sığınacaqdan REPORTAJ

Coşua Kuçer (eurasianet.org)
 
 
Vardider Naqapetyan köhnə stulda oturub gözləyirdi. Kimsə gəlib onun bundan sonra harada yaşayacağını deməli idi. Ətrafında onlarla adam oturub eyni şeyi gözləyirdi. Qadınların başında yaylıq, kişilərin əynində torbalanmış sviterlər. Əyin-başlarından kənd adamları olduqları bilinir. Müharibə başlayanadək Naqapetyan ailəsi Dağlıq Qarabağın cənubunda, Civan kəndində yaşıyrdı. Donuzçuluqla və maldarlıqla məşğul idilər. Sentyabrın sonunda Azərbaycan qoşunları hüçuma keçəndə bir həftə gözlədilər. Sonra evlərini tərk etməyə məcbur oldular. Qadın deyir ki, “türklər gəlib hər yeri bombaladılar.Orda yaşamaq mümkün deyildi.” (Ermənilərin çoxu azərbaycanlılara nifrətlə “türk” deyir. ) İndi min əziyyətlə Yerevana gəlib çıxan ailə burdakı İctimai Mərkəzdə oturub aqibətlərinin necə olacağını gözləyirlər. Onun kimi on minlərlə adam var. Xəbərlərə görə münaqişə yerini 90 min adam tərk edib. Müharibədən əvvəl erməni əhalisinin sayı 150 minə yaxın idi. İlk günlər əhali yaşayış yerini başıpozux halda tərk edirdi. Sonra Ermənistanın Əmək və Sosial Məsələlər Nazirliyi bunu nizama sala bildi. Qarabağ və Ermənistanın sərhəddində humanitar işçilər yerləşdirildi. Onlar gələn hər bir avtobusu, hər bir adamı qeydə alırdılar. Kimin qohumları varsa ora çatdırılmaqda kömək olunur. Qalanları Yerevandakı mərkəzə gətirilir. Mərkəzdə gətirilənlərin temperaturu ölçülür və maska verilir. Gələnlərin çox hissəsi bombalardan gözlənmək üçün günlərlə zirzəmidə qalıblar. Yəni 25-30 nəfər bir yerdə. Onların arasında Covid-19-un yayılması ehtimalı böyükdür. Əgər kimdəsə azacıq xəstəliyin simptomu varsa onu test edirlər. Ermənistanın Əmək və Sosial Məsələr naziri Tadevik Stepanyan deyir ki, insanların adaptasiya olması üçün diğər nazirlilərlə razılaşıb. Təhsil Nazirliyi köçkünlərə uşaqlarının Ermənistandakı istənilən məktəbə qoymağa razılıq verib. Səhiyyə Nazirliyi isə göstəriş verib ki, belə şəxslər ölkənin istənilən xəstəxanası və tibb ocağına müraciət edə bilər. Həmçinin insanlar təqüdlərini də Ermənistanda alacaq. Bir məsələ isə açıq qalıb və insanları düşündürür-görəsən evlərinə qayıda biləcəklərmi. Diğər bir problem statusla bağlıdır. Dağlıq Qarabağdan Ermənistana qaçanlar Beynəlxalq hüquqa əsasən qaçqın sayıla bilməz. Çünki Dağlıq Qarabağın erməni əhalisinin hamısı Ermənistan pasportu daşıyır. Bax belə..
 
Tərcümə etdi İlqar Atabəyli
 

Bənzər xəbərlər

Gündəm

0.024597883224487