Tramp-Putin-Zelenski görüşü barədə tarix açıqlandı

ABŞ avqustun 22-də Rusiya Prezidenti Vladimir Putin, Ağ Ev rəhbəri Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında görüş keçirmək istəyir.
“Mozalan.az ” xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.
“Tramp Zelenskiyə və digərlərinə zəng zamanı üçtərəfli sammiti tez bir zamanda, avqustun 22-də keçirmək istədiyini bildirib”, - məlumatda bildirilib.
Bundan əvvəl Fransa lideri Emmanuel Makron bildirmişdi ki, “İstəklilər koalisiyası” tezliklə Rusiya-Ukrayna müharibəsində gələcək addımları müzakirə etmək üçün yeni iclas keçirəcək. Böyük Britaniyanın baş naziri Kir Starmer də sülh razılaşması əldə olunmasa, ölkəsinin Rusiyaya qarşı sanksiyaları artıracağını deyib.