Daha bir jurnalist könüllü olaraq cəbhəyə vuruşmağa yollandı
REAL TV-nin əməkdaşı aparıcı, müxbir İsmayıl Yaşaroğlu bu gün könüllü olaraq hərbi xidmətə yollandı.
Nəhayətki, neçə vaxtdır, istədiyi arzusuna qovuşdu. Qismən səfərbərlik elan olunan gündən bəri əsgərliyə çağıracaqları günü səbrsizliklə gözləyirdi.
Əlində mikrafon tutan 22 yaşlı gənc bu gün silah tutmağa gedir. İnformasiya müharibəsindən çıxıb, vətən müharibəsinə doğru addımlayır.
İsmayıl və onun timsalında bütün əsgərlərimizin torpaqlarımızı azad edib, qələbə xəbəri ilə geri dönməsini arzu edirik.