Nov 06

“Polislərin köməyi ilə evimi ələ keçirmək istəyirlər”

Bakı Şəhəri , Nəsimi rayonu, Rəsul Rza küçəsi,ev 97, mən3-də,yaşayan Hüseynova Ramella Tofiq qızı prezident İlham Əliyevə, Azərbaycan Respublikası Baş Prokuroru Kamran Əliyevə, Daxili İşlər Naziri Vilayət Eyvazova müraciət ünvanlayıb.
Həmin müraciəti olduğu kimi dərc edirik:

Hörmətli Cənab Prezident!!!
Hörmətli Cənab Prokuror!!!
Hörmətli Cənab Nazir!!!!
Dəfələrlə Nəsimi rayon Polis İdarəsinə, Nəsimi rayon 21 –ci bölməsinə ünvanladığım ərizələrim
cavabsız qalıb. 102 xidmətinə ,DİN-ə , Baş Prokurorluğa saysız -hesabsız müraciətlərimə nə polis
nə prokurorluq orqanları baxmırlar.Ərizələrimi bir- birinə ötürərək məni ələ salırlar.
Peyğəmbərimiz deyib ki, cənnət anaların ayaqları altındadır. Azərbaycanda isə əksinə! İstər
polis , istərsə də prokurorluq artıq mənə bu dünyada cəhənnəmi yaşadırlar. Bu gün vətənə
oğul verən analara cəhənnəm əzabı verərək məni intihara sürükləyirlər. Günahım odur ki, mən
qocalmışam, artıq 64 yaşım var. Bu ölkədə görünür yaşamağa haqqım yoxdur.Günahım odur ki,
adıma ev var, mülkiyyətçiyəm.Nəsimi rayon polis İdarəsinin rəisi, 21 – ci polis idarəsinin rəisi,
təhqiqatçıları mənə kömək etmək əvəzinə, məni döyərək xəsarətlər yetirən , evimdən çıxarıb
qovan qızımı cəzalandırmaq, məni evimə yerləşdirmək əvəzinə, məni əsassız olaraq

məhkəməyə yönəldirlər.Hələ “get hara istəyirsən şikayət et, heç kəsdən qorxmuruq “ deyir
polislər. Polislər özlərinə aid olan məsələni həll etmək istəmirlər.Biz həmişə deyirdik ki, mənim
polisim məni qoruyur.Bu günkü polislər isə mənə qənim kəsiliblər. Artıq 10 gündür ki,
mülkiyyətimdə olan evimdən qızım məni döyüb , bədənimə xəsarətlər yetirərək, məni çölə
atıb. 10 gündür ki,mən qapılarda gecələyirəm. Bazar günü, Nəsimi Polis idarəsinə müraciət
edərək rəisin qəbuluna düşmək istədim.Lakin o məni qəbul etmək istəmədi. Get hara istəyirsən
müraciət et dedilər.21- ci polis idarəsi isə mənə kömək etmək əvəzinə, mənə “məhkəməyə get”
deyirlər.

Bildirirəm ki, mənim 64 yaşım var. Qızım polislərlə əlbir olaraq mənim evimi ələ keçirtmək
istəyir. Dəfələrlə məni döyərək, mənə bədən xəsarətləri yetirmişdir.Lakin polislər bu günə kimi
ona heç bir ölçü götürmürlər.
Məhkəmə tibbi ekspertizasından “Semaşko” da keçmişəm.Xəsarət aldığımı yazıbılar.
Polis İdarəsində isə deyirlər ki, ekpertiza səndə xəsarət aşkarlamayıb.

Əksinə məni şərləyərək iki dəfə mənə əsassız inzibati cəza verərək
məni cərimələməklə qorxuzmaq istəyirlər. Bu polislər məni qorumaq , problemi həll etmək
əvəzinə, qızıma elə mənim yanımdaca , gəl 3 qonşunun imzası ilə onu “dəlixanaya salaq”
məsləhətini vermişlər. Budurmu sizin polisləriniz? Biz ana –bacı saymayan bu poliislərəmi
güvənək? Qızım Hüseynova Sona Fikrət qızı yüngül –tüfeyli həyat keçirərək evimə saxta yolla
,mənim icazəm olmadan qeydiyyata düşüb.Polislərin köməyi ilə mənim bir otaqlı evimi ələ
keçirtmək istəyir.Polislər hələ də məni öz evimə yığmaqda gücsüzdürlər. Polislər öz
səlahiyyətlərin bilmirlər yoxsa məni ələ salırlar, məni məhkəməyə yönəldirlər.Məni evimə
buraxmırlar. Nəsimi Polis İdarəsində Kənan isə mənə 10 gün küçədə qalmısan , niyə səni
polislər cərimə etməyiblər, deyir. Mən əlacsız qalaraq Amerika Səfirliyinə müraciət edərək
Azərbaycan vətəndaşlığından imtina edəcəyimi bildirdim.
Oradan mənə yazılı müraciət etməyimi tövsiyyə etdilər. Mən pensiyacıyam.Yaşımın bu ahıl
vaxtında mən doğulduğum yerdən didərgim düşməyimə məni məcbur edir bu polislər. Bu
polisin vicdanı necə yol verir ki, yaşımın bu vaxtında mən küçələrdə ,onu bunun qapısında
dolaşım?
Hörmətli Prezident!!!
Siz bu harın məmurlara barmaq silkələyib onları cəzalandıracağınıza söz verdiniz!!!
Buyurun mülkü işlə cinayət işini araşdıra bilməyən bu polisləri cəzalandırın!!!
Niyə görə mənim evim ola- ola,mən küçədə qalmalıyam??? Məni evimə yığışdıra bilməyən ,
məhkəməyə yönəldən polislərə deyin ki, qoy öz evini mənə yaşamaq üçün müvəqqəti
versinlər, mən məhkəməyə gedim.
Xahiş edirəm mənə kömək edin!!!!!
İmza: Hüseynova Ramella Tofiq qızı”

P.S. Qarşi tərəf mövqeyini bildirə bilər.

Bənzər xəbərlər

Gündəm

0.037858963012695