Husilər PUA-larla İsrailə zərbələr endiriblər

Yəmənin “Ənsar Allah” hərəkatının husiləri hərbi əməliyyatlarda altı pilotsuz uçuş aparatından (PUA) istifadə edərək İsraildəki dörd hədəfə zərbələr endiriblər.
“Mozalan.az ” xəbər verir ki, bu barədə hərəkatın sözçüsü Yəhya Sariya bildirib.
“Yəmənin Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları altı PUA-dan istifadə etməklə dörd hərbi əməliyyat keçirərək, Hayfa, Negeva, Umm -əl-Rəşraş və Beər Şeva bölgələrində düşmən İsrailin dörd mühüm hədəfini vurub”, - o, teleqram kanalında bildirib.