Jul 18

Qəzzadakı kilsəyə zərbə endirildi, Netanyahu Roma Papasına zəng etdi

İsrailin Baş naziri Benyamin Netanyahu İsrailin Qəzzadakı Müqəddəs Ailə kilsəsinə mərmi düşməsindən sonra Roma Papası XIV Levə zəng edib.

Mozalan.az xəbər verir ki, bu barədə Müqəddəs Taxtın mətbuat xidməti məlumat yayıb.

Netanyahu Qəzzadakı kilsəyə təsadüfən mərmi düşməsi ilə bağlı İsrailin təəssüfləndiyini bildirib. O, hadisənin araşdırıldığını və İsrailin dinc sakinlərin və müqəddəs yerlərin müdafiəsinə sadiq qaldığını bildirib.

Roma Papası ibadət yerlərinin, Fələstin və İsrailin bütün sakinlərinin müdafiəsinin təxirəsalınmaz zərurətini yenidən vurğulayıb. O, yenidən danışıqların bərpasına, atəşkəsə və müharibənin dayandırılmasına çağırıb.

Qeyd edək ki, Qəzzadakı yeganə katolik kilsəsinə zərbə endirilib. Nəticədə 3 nəfər həlak olub, 9 nəfər xəsarət alıb.

Bənzər xəbərlər

Gündəm

0.032624959945679