Kosmetik vasitələrdən ən çox istifadə edən ölkələr: Sərvət xərclənir

Ən çox kosmetik vasitələrdən istifadə edən ölkələr məlum olub.
Mozalan.az xəbər verir ki, Avropa kosmetika və şəxsi qulluq məhsulları bazarının 2024-cü il üzrə dəyəri 104 milyard avroya çatıb.
Ən çox 30,1 milyard avro ilə dəriyə qulluq məhsulları, 24,7 milyard avro ilə şəxsi gigiyena məhsulları, 18,1 milyard avro ilə saça qulluq, 17,1 milyard avro ilə ətirlər, 13,9 milyard avro ilə makiyaj məhsulları tutur.
Avropa Kosmetika Sənayesi Assosiasiyasının məlumatına görə, Avropa ABŞ-dan sonra dünyanın ikinci ən böyük kosmetika bazarıdır.
Aİ-nin 27 üzv ölkəsində sektorun ümumi dövriyyəsi 87,9 milyard avroya çatıb.
Almaniya 16,9 milyard avro ilə qitənin ən böyük kosmetika bazarına sahibdir. 14,2 milyard avro ilə Fransa, 13 milyard avro ilə İtaliya, 12,2 milyard avro ilə Böyük Britaniya və 11,2 milyard avro ilə İspaniya gəlir.
Siyahıya bazar dəyəri 5,8 milyard avro olan Polşa da daxil edilib. Polşa və Rumıniya 2024-cü ildə ən sürətli artımı qeydə alıb. Polşanın kosmetika bazarı 16,8 faiz, Rumıniya isə 7,9 faiz artıb.(publika.az)