Jul 17

Quterreşdən İsrailin Suriyaya hücumlarına REAKSİYA

BMT-nin Baş katibi Antonio Quterreş İsrailin Suriya ərazisinə endirdiyi hava hücumlarını pisləyib, ölkənin suverenliyi və ərazi bütövlüyünün pozulmasına son qoymağa çağırıb.

Mozalan.az ” xəbər verir ki, bunu brifinqdə dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

Onun sözlərinə görə, Baş katib İsrailin Əs-Suveyda, Suriyanın paytaxtı Dəməşqə artan hava hücumlarını, həmçinin Colan təpələrində qüvvələrini yenidən yerləşdirilməsi barədə məlumatı pisləyir.

“O, Suriyanın suverenliyi və ərazi bütövlüyünə qarşı bütün pozuntulara dərhal son qoymağa çağırır”.

Bənzər xəbərlər

Gündəm

0.020900011062622